Bank Of Baku

«Ernst & Young» Azərbaycan İnvestisiya Şirkətinin auditinin nəticələrini açıqlayıb

«Ernst & Young» Azərbaycan İnvestisiya Şirkətinin auditinin nəticələrini açıqlayıb
# 18 fevral 2009 09:16 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Böyük Britaniyanın «Ernst & Young» audit şirkəti Azərbaycan İnvestisiya Şirkətinin (AİŞ) 2007-ci il üçün beynəlxalq maliyyə hesabatları standartlarına uyğun hazırlanmış maliyyə hesabatı üzrə keçirdiyi auditin nəticələrini açıqlayıb.
AİŞ-dən «APA-Economics»ə verilən məlumata görə, «Ernst & Young» şirkətinin apardığı auditin nəticələrinə əsasən, AİŞ-in 2007-ci ilin sonunda aktivlərinin həcmi 93,412 mln. manat təşkil edib ki, bu da 2006-cı illə müqayisədə 4% və ya 3,636 mln. manat çoxdur.
Aktivlərin strukturunda 25,447 mln. manat pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentlərinin (2006-cı illə müqayisədə 2,3 dəfə az), 53,5 mln. manat banklarda müddətli depozitlərin (84,5% çox), 14,294 mln. manat əlaqəli şirkətlərin investisiyalarının, 171 min manat isə digər aktivlərin payına (51,3% çox) düşüb.
Bundan başqa, 2007-ci ilin sonuna AİŞ-in cəmi öhdəliklərinin həcmi 354 min manat təşkil edib ki, bu da 2006-cı illə müqayisədə 10,1 dəfə çoxdur. Öhdəliklərin strukturunda 125 min manat ticarət və digər kreditor borclarının (2006-cı illə müqayisədə 62,5 dəfə çox), 218 min mənfəət vergisi üzrə kreditor borclarının (6,6 dəfə), 11 min manat isə təxirə salınmış vergi öhdəliklərinin payına düşüb.
AİŞ-in məcmu səhmdar kapitalı 2008-ci ilin əvvəlinə 93,058 mln. manat təşkil edib ki, bu göstərici bir ildə 3,7% artıb. Səhmdar kapitalının 90 mln. manatını nizamnamə kapitalı, 3,058 mln. manatını isə bölüşdürülməmiş mənfəət təşkil edib. Bölüşdürülməmiş mənfəət 2006-cı illə müqayisədə 11,8 dəfə artıb.
Xatırladaq ki, AİŞ 2006-cı ilin mart ayında yaradılıb. Şirkətin investisiya fəaliyyətinin məqsədi əsasən ölkə iqtisadiyyatının qeyri-neft sahələrində fəaliyyət göstərən səhmdar cəmiyyətlərinin və digər kommersiya təşkilatlarının nizamnamə kapitalındakı iştirak payını, o cümlədən səhmlərini almaqla müddətli investisiya qoyuluşunun həyata keçirilməsindən ibarətdir. Bu il ərzində AİŞ-in nizamnamə kapitalının 2 dəfə artırılaraq 180 mln. manata çatdırılacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR