Bank Of Baku

«UniBank» Bakıda yeni filial açılıb

«UniBank» Bakıda yeni filial açılıb
# 18 fevral 2009 09:21 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «UniBank» Səhmdar Kommersiya Bankı (SKB) Bakı şəhərində yeni filial açıb.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, «10 saylı» adlanan yeni filial paytaxtın Xətai rayonu, M.Hadi küçəsi,33 ünvanında («Əhmədli» metro stansiyası yaxınlığında) yerləşir. Burada hesablaşma-kassa xidmətləri üzrə əməliyyatlar, valyuta mübadiləsi, depozitlərin qəbulu, plastik kartlara xidmət, çeklərin inkassosu, pul köçürmələri, kommunal xidmətlərin və mobil rabitə operatorlarının xidmətləri üzrə ödənişlərin qəbulu və digər bank xidmətləri həyata keçirmək mümkündür.
Xatırladaq ki, təsisçisi Avropa Yenidənqurma və İnkişaf Bankı (15,15%), Almaniyanın DEG İnvestisiya Korporasiyası (8,33%), hüquqi (0,9%) və fiziki şəxslər (75,62%) olan «UniBank» SKB 1992-ci ildən fəaliyyət göstərir.
Cari ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 417,563 mln. manat, kredit portfeli 319,247 mln. manat, depozit portfeli 123,671 mln. manat, məcmu kapitalı 64,064 mln. manat, o cümlədən nizamnamə kapitalı 15 mln. manat olub. Bankın respublika üzrə 22 filialı, 22 mübadilə məntəqəsi, 57 bankomatı və 231 POS-terminalı var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR