Ümumilikdə, Azərbaycanda yenidənmaliyyələşdirmənin həcmi bu ilin əvvəlində tarixi maksimuma çatıb:
* göstəricilər ilin sonuna verilib
Yenidənmaliyyələşdirmə əməliyyatları bank sisteminin likvidliyinin tənzimlənməsi çərçivəsində aparılır. Likvidliyinin tənzimlənməsinə yönəldilən digər alət – repo-əməliyyatlarından Milli Bank tərəfindən daha geniş istifadə olunur, lakin repo-əməliyyatları yalnız birgünlük xarakteri daşıyır, yenidənmaliyyələşdirmə əməliyyatları isə ortamüddətlidir (3-6 ay).
Yenidənmaliyyələşdirmənin artımı banklardp likvidliyin azalmasının göstəricisidir, lakin etiraf etmək lazımdır ki, 229 mln. manat ümumi baxımdan böyük rəqəm deyil. Məsələn, bu göstərici ümumi bank sisteminin aktivlərinin cəmi 2,2%-ni təşkil edir. Qeyd edək ki, mərkəzi bank tərəfindən kreditləşmənin kəskin artırılması bank sistemində likvidlik problemlərinin olduğunu göstərir. Lakin Azərbaycanda bu əməliyyatların həcminin səviyyəsinin aşağı səviyyədə olması belə problemlərin ciddi olmadığını və hazırda bankların dünya maliyyə böhranının mənfi təsiri ilə öz imkanları hesabına mübarizə apardıqlarını əks etdirir.
Qeyd edək ki, ötən il ərzində yenidənmaliyyələşdirmənin həcmi 133,73 mln. manat artıb. Belə ki, təkcə sonuncu rübdə artım 110,42 mln. manata bərabər olub, yəni həmin müddət ərzində banklar tərəfindən Milli Bankdan kreditlərin alınması kəskin şəkildə artıb. Həmin prosesin dünya maliyyə böhranının dərinləşməsi və genişlənməsi vaxtı ilə üst-üstə düşməsi təsadüfi olmayıb. Eyni zamanda, bank sistemində likvidliyin müəyyən səviyyədə saxlanılması, iqtisadiyyatda olan pul tələbatının təmin edilməsi, iqtisadiyyatın inkişafının davam etməsi və digər məqsədləri nəzərə alaraq cari ildə yenidənmaliyyələşdirmənin daha da genişləndirilməsini gözləmək olar. AMB tərəfindən uçot dərəcəsinin 2008-ci ilin sonuncu rübündə 15%-dən 8%-dək endirilməsi ilə banklar üçün Milli Bank tərəfindən ayrılan kreditlərin ucuzlaşdırılması da məhz də bu proseslər üçün əlavə şərait yaradır.