Bank Of Baku

«Ernst & Young»: Azərbaycan İnvestisiya Şirkəti 2007-ci ildə 3,3 mln. manat xalis mənfəət əldə edib

«Ernst & Young»: Azərbaycan İnvestisiya Şirkəti 2007-ci ildə 3,3 mln. manat xalis mənfəət əldə edib
# 18 fevral 2009 11:53 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Böyük Britaniyanın «Ernst & Young» şirkətinin Azərbaycan İnvestisiya Şirkətində (AİŞ) 2007-ci il üçün apardığı auditin nəticələrinə əsasən, AİŞ-in 2007-ci ildə əldə etdiyi xalis mənfəət 3,317 mln. manat təşkil edib.
AİŞ-dən «APA-Economics»ə verilən məlumata görə, auditin nəticələrinə əsasən, 2006-cı ildə AİŞ 259 min manatlıq zərərlə üzləşib.
Şirkətin 2007-ci ildə əməliyyatlardan gəliri 5,424 mln. manat təşkil edib ki, 2006-cı ildə bu göstərici 456 min manata bərabər olub. Gəlirlərin strukturunda 149 min manat əlaqəli şirkətlərdən, 5,275 mln. manat isə faiz gəlirləri (2006-cı illə müqayisədə 11,5 dəfə çox) hesabına əldə olunub.
Şirkətin xərclərinə gəldikdə isə, 2007-ci ildə AİŞ-in bu göstəricisi 1,156 mln. manat təşkil edib ki, bu da 2006-cı illə müqayisədə 1,4 dəfə çoxdur. Xərclərin strukturunda 581 min manat peşəkar xidmətlər üçün haqlar (2006-cı illə müqayisədə 10,6% az), 178 min manat əmək haqqı, məvacib və mükafatlar (4,1 dəfə çox), 163 min manat icarə xərcləri (3,9 dəfə çox), 234 min manat isə digər xərclərin (4,7 dəfə çox) payına düşüb.
Nəticədə, AİŞ-in 2007-ci ildə vergidən əvvəl mənfəəti 4,268 mln. manat təşkil edib, 2006-cı ildə isə bu göstərici 327 min manat olub.
Xatırladaq ki, AİŞ 2006-cı ilin mart ayında yaradılıb. Şirkətin investisiya fəaliyyətinin məqsədi əsasən ölkə iqtisadiyyatının qeyri-neft sahələrində fəaliyyət göstərən səhmdar cəmiyyətlərinin və digər kommersiya təşkilatlarının nizamnamə kapitalındakı iştirak payını, o cümlədən səhmlərini almaqla müddətli investisiya qoyuluşunun həyata keçirilməsindən ibarətdir. Bu il ərzində AİŞ-in nizamnamə kapitalının 2 dəfə artırılaraq 180 mln. manata çatdırılacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR