Bank Of Baku

«Rabitəbank» regionda yeni filial açıb

«Rabitəbank» regionda yeni filial açıb
# 19 fevral 2009 06:47 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Rabitəbank» Səhmdar Kommersiya Bankı (SKB) filial şəbəkəsini genişləndirmək məqsədi ilə Ağcabədi rayonunda filial açıb. Bankın Bakıdakı baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, yeni filial rayonun Həzi Aslanov küçəsində yerləşir.
Filial fiziki və hüquqi şəxslərə əmanətlərin qəbulu, hesablaşma-kassa əməliyyatları, istehlak və biznes kreditlərinin verilməsi, sürətli pul köçürmələri, plastik kartların verilməsi və digər müasir bank xidmətləri göstərir.
Qeyd edək ki, bununla da bankın filiallarının ümumi sayı 19-a çatıb. Filialların 6-sı Bakıda, 13-ü isə regionlarda yerləşir.
Xatırladaq ki, «Rabitəbank» SKB 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin yanvar ayının 1-nə banklın aktivlərinin həcmi 94,425 mln. manat, depozit portfeli 76,958 mln. manat, kredit portfeli 68,434 mln. manat, məcmu kapitalı 12,326 mln. manat, o cümlədən nizamnamə kapitalı 8,5 mln. manat təşkil edib.
Bankın respublika üzrə 4 mübadilə məntəqəsi, 21 bankomatı və 84 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR