Bank Of Baku

«Zamin Bank»ın iki yeni şöbəsi açılıb

«Zamin Bank»ın iki yeni şöbəsi açılıb
# 19 fevral 2009 08:36 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Zamin Bank» Səhmdar Kommersiya Bankının (SKB) Bakı və Ağstafada müvafiq olaraq 9 və 10 saylı şöbələri fəaliyyətə başlayıb. Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, Bakıdakı şöbə Nizami küçəsi,131, Ağstafa rayonundakı isə H.Əliyev küçəsi,5 ünvanında yerləşir.
Yeni şöbələr fiziki və hüquqi şəxslərə bütün bank xidmətləri, o cümlədən depozitlərin qəbulu, plastik kartlarla əməliyyatlar, kommunal xərclərin ödənilməsi, hesablaşma-kassa əməliyyatları, beynəlxalq pul köçürmələri və s. xidmətlər təklif edir.
Qeyd edək ki, hazırda bankın respublika üzrə 34 filial və şöbəsi fəaliyyət göstərir.
Xatırladaq ki, «Zamin Bank» SKB 1992-ci ilin noyabrında yaradılıb. Car ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 135,577 mln. manat, depozit portfeli 45,731 mln. manat, kredit portfeli 75,293 mln. manat, məcmu kapitalı 12,890 mln. manat, o cümlədən nizamnamə kapitalı 11,195 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR