Bank Of Baku

AGBI indeksi 1,0003, ANBDI indeksi isə 0,8071 təşkil edib

AGBI indeksi 1,0003, ANBDI indeksi isə 0,8071 təşkil edib
# 19 fevral 2009 08:40 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət qısamüddətli istiqrazlar (DQİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi 0,1558 bənd və ya 18,45% artaraq 2009-cu ilin fevral ayının 19-nə 1,0003 təşkil edib.
«APA-Economics»in hesablamalarına görə, Azərbaycan Milli Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ANBDI (Azerbaijan National Banks Debts Index) indeksi isə 0,1930 bənd və ya 19,3% azalaraq 0,8071 təşkil edib.
AGBI indeksinin artması gündəlik korrektə çərçivəsində baş verib. ANBDI indeksinin kəskin azalması fevralın 18-də bir not buraxılışının dövriyyədən çıxarılması, əvəzində yeni emissiyanın dövriyyəyə buraxılması ilə bağlı olub. Ödənişin həcmi 22 690,0 min manat, yerləşdirmənin həcmi isə 8 313,4 min manat təşkil edib. Beləliklə, dövriyyədə notların həcmi 14 376,6 min manat azalıb və bu, indeksin düşməsində əksini tapıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR