Bank Of Baku

Azərbaycan manatı MDB-nin ən sabit valyutasıdır

Azərbaycan manatı MDB-nin ən sabit valyutasıdır
# 19 fevral 2009 09:38 (UTC +04:00)
Bunu Rusiya Mərkəzi Bankının məzənnələri əsasındə hesablanan dünya valyutalarının sabitlik reytinqi də təsdiqləyir.
«APA-Economics»in Rusiyanın «Finmarket» işgüzar xəbərlər agentliyinin tərtib etdiyi reytinq əsasında verdiyi məlumata görə, yanvar ayının yekunlarına əsasən, Azərbaycan manatı sabitliyinə görə ikinci pillədə qərarlaşıb. Rusiya rubluna qarşı məzənnəsi son bir ayda 18,43% yüksələn Azərbaycan manatı bu göstəriciyə görə MDB-də birinci, bölgədə isə İran rialından sonra ikinci sabit valyuta sayılır. Belə ki, 1 manat cari ayın əvvəlində 42,863 Rusiya rubluna, 12,99 Moldova leyinə, 9,55 Ukrayna qrivnasına, 2,08 Gürcü larisinə, 50,8011 Kırğız somuna, 3389 Belarus rubluna, 4,5989 Tadjik somonisinə və 3,5351 Türkmən manatına dəyişdirilib. Eyni zamanda, son bir ildə milli valyutanın məzənnəsi Rusiya rubluna qarşı 48,05%, o cümlədən son üç ayda – 28,22%, Ukrayna qrivnası və Belarus rubluna qarşı isə müvafiq olaraq 59,62% və 33,58% artıb.

Əsas dünya VƏ MDB ölkələri valyutalarının sabitlik reytinqi (RF Mərkəzi Bankının hesablamaları əsasında)

VALYUTA

Ay üzrə fərq

AZN – Azərbaycan manatı

18,43%

GEL – Gürcü larisi

18,41%

UZS – Özbək somu

17,64%

KGS – Kırğız somu

16,21%

UAH – Ukrayna grivnası

14,85%

LVL – Latviya latı

9,82%

USD – ABŞ dolları

9,39%

CNY – Cin yuanı

9,36%

EEK – Estoniya kronu

9,06%

LTL – Litva liti

9,05%

EUR – Avro

4,45%

GBP – Funt sterlinq

4,43%

CHF –İsveçrə frankı

4,26%

BYR – Belаrus rublu

3,43%

KZT – Qazaxstan tengesi

-11,08%

TMT – Yeni türkmən manatı

-40,67%

AMD – Erməni dramı

-88,02%



Maraqlıdır ki, milli valyutalar reytinqinin ən aşağı pilləsində Ermənistan dramı qərarlaşıb. Dramın Rusiya rubluna qarşı məzənnəsi son bir ayda 88,02% enib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR