Bank Of Baku

Azərbaycan bank sisteminin xalis xarici aktivləri 40,5% artıb

Azərbaycan bank sisteminin xalis xarici aktivləri 40,5% artıb
# 19 fevral 2009 10:09 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan bank sisteminin xalis xarici aktivlərinin həcmi 2009-cu ilin yanvar ayının 1-nə 4 036,1 mln. manat təşkil edib. «APA-Economics»in məlumatına görə, bu barədə Azərbaycan Milli Bankı tərəfindən 2008-ci ilin yekunlarına dair hazırlanan pul icmalında göstərilir. İcmala əsasən, bank sisteminin xalis xarici aktivləri ötən il ərzində 40,5% artıb.
Xalis xarici bank aktivlərinin strukturunda Milli Bankın xalis xarici aktivləri 5 115,3 mln. manat (illik artım - 45,1%), kommersiya banklarının xalis xarici aktivləri mənfi 868,8 mln. manat (illik artım - 85,6%), digər xarici aktivlər isə mənfi 210,6 mln. manat (illik artım - 14%) təşkil edib.
Qeyd edək ki, xalis xarici aktivlərin mənfi olması xarici öhdəliklərin xarici aktivləri üstələməsi nəticəsində müşahidə olunur.
Ümumilikdə, son 8 il ərzində Azərbaycan bank sisteminin xalis xarici aktivləri 7 dəfə artıb. O cümlədən, Milli Bankın xalis xarici aktivləri 16,4 dəfə artıb, kommersiya banklarının xalis xarici aktivləri isə bu müddət ərzində müsbət 264,2 mln. manatdan mənfi göstəriciyə enib. Qeyd edək ki, kommersiya banklarının xalis xarici aktivlər göstəricisinin mənfiyə çevrilməsi 2006-cı ildə baş verib, bunun da əsas səbəbi həmin dövrdə bankların xarici öhdəliklərinin kəskin artması ilə bağlıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR