Son illər ərzində bankların xarici öhdəliklərinin tendensiyalarını nəzərə alaraq etiraf edilməlidir ki, göstərilən rəqəm çox böyükdür. Belə ki, son 8 il ərzində xarici öhdəliklər 23,7 dəfə artıb:
Göründüyü kimi, son illər bankların xarici öhdəliklərin cəlb edilməsi prosesində fəallığı kəskin artıb. Bir tərəfdən, analoji artım xarici maliyyə qurumları tərəfindən Azərbaycan kommersiya banklarına etibar etdiyini göstərir. Digər tərəfdən isə bankların iri həcmdə xarici öhdəliklərinin olması hazırda banklarda müəyyən likvidlik problemləri yaradıb ki, bunun da əsas səbəbi dünya maliyyə böhranı və xarici kreditorların maliyyə vəziyyətinin pisləşməsi ilə bağlıdır. Qeyd edək ki, göstərilən xarici öhdəliklər yaxın iki il ərzində ödənilməlidir ki, bu da Azərbaycan banklarının aktiv əməliyyatlarında, ilk növbədə istehlak kreditlərinin məhdudlaşdırılmasında artıq özünü büruzə verir.
Ötən ilin IV rübündə Azərbaycan kommersiya bankları öhdəliklərin ödənilməsini artırıb və yeni borclar, demək olar ki, cəlb etməyib. Bu, ötən il xarici öhdəliklərin orta aylıq artımının 89,7 mln. manat olduğu halda, son rübdə xarici öhdəliklərin yalnız 47,5 mln. manat artmasında əks olunub. O cümlədən, oktyabrda 154,2 mln. manat artım, noyabrda 110,5 mln. manat azalma, dekabrda 3,8 mln. manat artım qeydə alınıb.
Qeyd edək ki, Azərbaycan banklarının xarici öhdəliklərinin həcminin aktivlərə nisbəti 19,9% təşkil edir. Bu göstərici digər ölkələrlə müqayisədə kiçik hesab oluna bilər və hətta Milli Bank və bank təşkilatlarının xarici öhdəliklərin idarə edilməsi prosesində heç bir problemin olmadığı vurğulanır.