Bank Of Baku

Son bir ildə Azərbaycanda maliyyə-kredit təşkilatları kreditləşməni 53% artırıb

Son bir ildə Azərbaycanda maliyyə-kredit təşkilatları kreditləşməni 53% artırıb
# 19 fevral 2009 12:56 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar ayının 1-dək Azərbaycanın maliyyə-kredit təşkilatları hüquqi və fiziki şəxslərə 7 163,3 mln. manat məbləğində və ya əvvəlki ilin analoji dövrü ilə müqayisədə 53% çox kredit verib.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, kredit qoyuluşunun 42,3%-i dövlət, 55,3%-i özəl banklar, 2,4%-i qeyri-bank kredit təşkilatları tərəfindən həyata keçirilib.
Hesabat ilində uzunmüddətli kreditlərin həcmi 60,5% artaraq 4 867,4 mln. manata çatıb, onun ümumi kreditləşmədə xüsusi çəkisi isə 2008-ci ildəki 64,7%-dən 67,9%-dək yüksəlib.
Ödənilmə vaxtı keçmiş kreditlərin həcmi 159,8 mln. manat təşkil edib ki, bu da ümumi kreditləşmənin 2,2%-nə bərabərdir.

İqtisadiyyata kredit qoyuluşları:

 

01.01.2009-cu il, mln. manat

2008-ci ilin eyni dövrü ilə müqayisədə (%)

Kredit qoyuluşları – cəmi

7 163,3

153,0

ondan:

 

 

- qısamüddətli

2 295,9

139,2

- uzunmüddətli

4 867,4

160,5

Ödənilmə vaxtı keçmiş kreditlər

159,8

159,3

Kreditlərin ümumi həcmində vaxtı keçmiş kreditlərin xüsusi çəkisi, %-lə

 

2,2

 

-



Qeyd edək ki, Azərbaycan Milli Bankın təqdim etdiyi məlumata görə, 2009-cu ilin yanvar ayında dövriyyəyə 1 160,4 mln. manat pul kütləsi buraxılıb, dövriyyədən bankların kassalarına 1,433 mlrd. manat daxil olub və 291 mln. manat vəsait ehtiyat fonduna qoyulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR