Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, gəlirlərin hər nəfərə düşən həcmi 20,5% artaraq 166,6 manat və ya 207,4 ABŞ dolları təşkil edib.
Gəlirlərin 84,6%-i əhali tərəfindən son istehlaka, 12,4%-i vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə sərf olunub, 3%-i isə əmanətlərin və kapitalın artırılmasına yönəldilib.
Hesabat ayında vergilər, digər icbari ödəmələr və könüllü üzvlük haqları ödənildikdən sonra əhalinin sərəncamında 1 256,5 mln. manatlıq vəsait qalıb ki, bu da əvvəlki ildəkindən 21,6% çoxdur.
Əhalinin gəlirlərinin əsas göstəriciləri
| 2009-cu ilin yanvar ayı, mln. manat | 2008-ci ilin yanvar ayına nisbətən, %-lə* |
Əhalinin nominal gəlirləri, mln. manat | 1 434,7 | 121,9 |
Adambaşına, manat | 166,6 | 120,5 |
Sərəncamda qalan gəlirlər, mln. manat | 1 256,5 | 121,6 |
Adambaşına, manatla | 145,9 | 120,1 |
*) 2008-ci ilin göstəriciləri əldə olunmuş yeni məlumatlar əsasında dəqiqləşdirilib