Aşağıdakı cədvəldə ölkədə fəaliyyət göstərən 46 bankdan 39-u üzrə nizamnamə kapitalının həcmi barədə məlumat verilir:
(mln. AZN)
Banklar | Nizamnamə kapitalı | |
1 | Azərbaycan Beynəlxalq Bankı | 189,74 |
2 | Paşa Bank | 100,00 |
3 | Bank Standard | 64,56 |
4 | Xalg Bank | 53,55 |
5 | Texnikabank | 26,91 |
6 | Kapital Bank | 24,00 |
7 | Bank Respublika | 22,58 |
8 | Nikoil Bank | 22,50 |
9 | Bank Avrasiya | 20,00 |
10 | AccessBank | 20,00 |
11 | Royal Bank | 16,91 |
12 | Turan Bank | 16,00 |
13 | Birlik Bank | 16,00 |
14 | AtaBank | 15,00 |
15 | UniBank | 15,00 |
16 | AGBank | 15,00 |
17 | Bank of Azerbaijan | 14,64 |
18 | YapıKredi Bank Azerbaijan | 14,50 |
19 | NBCBank | 13,59 |
20 | Azerdemiryolbank | 13,40 |
21 | Kredo Bank | 13,04 |
22 | Əmrahbank | 12,82 |
23 | Azərbaycan Sənaye Bankı | 12,80 |
24 | United Credit Bank | 12,11 |
25 | Muğan Bank | 12,00 |
26 | Zamin Bank | 11,20 |
27 | Günay Bank | 10,89 |
28 | Atrabank | 10,43 |
29 | Azərbaycan Kredit Bankı | 10,21 |
30 | Kövsər Bank | 10,20 |
31 | Para Bank | 10,07 |
32 | Melli İran Bankı - Bakı | 10,00 |
33 | Qafqaz İnkişaf Bankı | 10,00 |
34 | Azər-Türk Bank | 10,00 |
35 | Gəncəbank | 10,00 |
36 | Deka Bank | 9,59 |
37 | Debut Bank | 8,75 |
38 | Rabitabank | 8,50 |
39 | Bank of Baku | 6,80 |
Gözlənildiyi kimi, kapitallaşmanın səviyyəsinə görə liderliyi ölkə və regionun ən iri bank təşkilatı olan Azərbaycan Beynəlxalq Bankı (ABB) ötən il də qoruyub. Bu gün Azərbaycanda yalnız iki bankın - ABB və «Paşa Bank»ın nizamnamə kapitalının həcmi 100 mln. manat (124,766 mln. dollar) həddini keçib.
Cədvəldən göründüyü kimi, yalnız 4 bankın nizamnamə kapitalının həcmi 50 mln. manat (62,38 mln. ABŞ dolları), daha 10 bankın kapitalı isə 20 mln. manat (24,95 mln. ABŞ dolları) həddini keçib. Eyni zamanda, renkinqdə təmsil olunan banklardan yalnız 4-nün göstəricisi 10 mln. manat səviyyəsindən aşağıdır.