Bank Of Baku

Azərbaycan Milli Bankının sədri KfW-nin vitse-prezidenti ilə görüşüb

Azərbaycan Milli Bankının sədri KfW-nin vitse-prezidenti ilə görüşüb
# 19 fevral 2009 14:26 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Milli Bankı (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov Bakıda səfərdə olan Almaniyanın KfW İnkişaf Bankının vitse-prezidenti xanım Doris Köhnün rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
AMB-dən «APA-Economics»ə verilən məlumata görə, görüşdə KfW ilə Azərbaycan arasında mövcud əlaqələr, əməkdaşlıq perspektivləri, Regional Biznesin İnkişafı Fondunun yaradılmasında Azərbaycan tərəfinin maraqları və digər məsələlər müzakirə edilib.
Görüşdən sonra AMB-də KfW-nin ekspertləri tərəfindən Milli Bankın müvafiq əməkdaşları və kommersiya banklarının rəhbər vəzifəli nümayəndələri üçün «Məsuliyyətli maliyyə» mövzusunda seminar keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR