Bank Of Baku

«Bank of Azerbaijan» biznes kreditləri sahəsində ilin brendi adını qazanıb

«Bank of Azerbaijan» biznes kreditləri sahəsində ilin brendi adını qazanıb
# 19 fevral 2009 15:11 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank of Azerbaijan» Səhmdar Kommersiya Bankı (SKB) «Brand Award Azerbaijan 2008» mükafatının təqdimetmə mərasimində biznes kreditləri sahəsində ilin brendi adını qazanıb.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, mükafat il ərzində istehlakçılar arasında rəğbət qazanan və ən çox maraq doğuran şirkət və təşkilatların təqdim etdikləri məhsul və xidmətlərin ən tanınmış brendlərinə verilib.
Xatırladaq ki, təsisçisi «NEM Holding» və 2 fiziki şəxs olan «Bank of Azerbaijan» 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 108,756 mln. manat, kredit portfeli artaraq 88,431 mln. manat, depozit portfeli 42,490 mln. manat, məcmu kapitalı 19,914 mln. manat, o cümlədə nizamnamə kapitalı 14,635 mln. manat təşkil edib. Bankın respublika üzrə 18 filialı, 32 mübadilə məntəqəsi, 19 bankomatı və 128 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR