Bank Of Baku

Ötən il Azərbaycanda qiymətli kağızların emissiyası 9% artıb

Ötən il Azərbaycanda qiymətli kağızların emissiyası 9% artıb
# 20 fevral 2009 06:57 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində Azərbaycanda 4 500,2 mln. manat məbləğində və ya 2007-ci illə müqayisədə 9,1% çox müxtəlif növ qiymətli kağız buraxılışı qeydiyyata alınıb.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, qiymətli kağızların ümumi emissiyasının 56,2%-ni Azərbaycan Milli Bankının notları, 8,9%-ni dövlət qısamüddətli istiqrazları (DQİ), 34,9%-ni korporativ qiymətli kağızları, o cümlədən 93,6%-ni səhmlər, 3,3%-ni istiqrazlar, 0,9%-ni mənzil sertifikatları, 2,2%-ni isə ipoteka kağızları təşkil edib.
Bu dövr ərzində buraxılmış DQİ-nin 78,9%-i, notların isə 65,2%-i Bakı Fond Birjasında keçirilmiş hərraclarda yerləşdirilib.
Ötən il nominal dəyəri 7 203,8 mln. manat olan Milli Bankın notları, 193,2 mln. manatlıq səhm, 139 mln. manatlıq dövlət istiqrazları və 15,2 mln. manatlıq korporativ istiqrazlar tədavüldə olub.

(mln. manat)

 

2008-ci il

2007-ci il

Nisbət,%-

Qiymətli kağızların ümumi buraxılışı

4 500,2

4 123,9

109,1

ondan:

 

 

 

Dövlət qısamüddətli istiqrazları

400,0

276,0

144,9

Milli Bankın notları

2 530,0

2 650,0

95,5

Korporativ qiymətli kağızları

1 570,2

1 197,9

131,1

o cümlədən:

 

 

 

- səhmlər

1 469,4

795,4

184,7

- istiqrazlar

51,7

72,2

71,6

- ipoteka kağızları

35,0

69,8

50,1

- mənzil sertifikatları

14,1

260,5

5,4

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR