Bank Of Baku

Azərbaycan əhalisi son bir ildə bank əmanətlərini 30% artırıb

Azərbaycan əhalisi son bir ildə bank əmanətlərini 30% artırıb
# 20 fevral 2009 07:19 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda əhalinin bank təşkilatlarında yerləşdirdiyi əmanətlərin həcmi 2009-cu ilin yanvar ayının 1-nə 1 903,7 mln. manat təşkil edib. Bu isə ötən ilin əvvəlinə olan analoji göstəricisi ilə müqayisədə 29,6% çoxdur.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, əmanətlərin 1 035,6 mln. manatı (54,4%-i) milli, 868,1 mln. manatı (45,6%-i) isə xarici valyuta şəklində qoyulub və əvvəlki ildəkinə nisbətən müvafiq olaraq 53,1% və 9,6% artıb.
Həmin vəsaitlərin 73,3%-i (1 395,8 mln. manat) özəl banklara qoyulmuş əmanətlərin payına düşüb.
Cari ilin yanvar ayında manatın 1 ABŞ dollarına qarşı orta məzənnəsi 0,80 manat, 100 Rusiya rubluna 2,58 manat, 1 avroya isə 1,08 manat təşkil edib.

Manatın ABŞ dollarına qarşı məzənnəsinin dəyişməsi:

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR