Bank Of Baku

AGBI indeksi 1,0136, ANBDI indeksi isə 1,0001 təşkil edib

AGBI indeksi 1,0136, ANBDI indeksi isə 1,0001 təşkil edib
# 20 fevral 2009 07:47 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət qısamüddətli istiqrazlar (DQİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi 0,0133 bənd və ya 1,33% artaraq 2009-cu ilin fevral ayının 20-nə 1,0136 təşkil edib.
«APA-Economics»in hesablamalarına görə, Azərbaycan Milli Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ANBDI (Azerbaijan National Banks Debts Index) indeksi isə 0,1930 bənd və ya 23,91% artaraq 1,0001 təşkil edib.
AGBI indeksinin kəskin artmasının səbəbi 10300922S seriyalı DQİ emissiyası üzrə 2,140 mln. manat həcmində əlavə yerləşdirmənin keçirilməsi və bununla dövriyyədə olan istiqrazların həcminin artması olub. ANBDI indeksinin artması isə gündəlik korrektə çərçivəsində baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR