Bank Of Baku

Yanvarda xarici mənbələrdən Azərbaycanda əsas kapital qoyuluşu 46% azalıb

Yanvarda xarici mənbələrdən Azərbaycanda əsas kapital qoyuluşu 46% azalıb
# 20 fevral 2009 08:13 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar ayında xarici mənbələrdən Azərbaycanın əsas kapitalına yönəldilmiş investisiyaların həcmi 2008-ci ilin analoji ayı ilə müqayisədə 45,8% azalıb.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ayında əsas kapitala yönəldilmiş xarici investisiyalar 108,1 mln. manat təşkil edib.
Xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən 2009-cu ilin yanvar ayında əsas kapitala yönəldilmiş xarici investisiyanın 100,6 mln. manatı (93,1%-i) Böyük Britaniya, ABŞ, Yaponiya, Norveç və Türkiyə investorlarına məxsus olub.
Ümumiyyətlə, 2009-cu ilin yanvar ayında əsas kapitala yönəldilmiş investisiyaların 39%-ni xarici, 61%-ni isə daxili investisiyalar təşkil edib.

2009-cu ilin yanvar ayında xarici ölkələr və beynəlxalq təşkilatlar üzrə əsas kapitala yönəldilmiş investisiyaların strukturu

(ümumi yekuna görə, %-lə)



1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR