Bank Of Baku

Azərbaycanda pul kütləsinin 68%-i nağd pulun payına düşür

Azərbaycanda pul kütləsinin 68%-i nağd pulun payına düşür
# 20 fevral 2009 08:34 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda nağd pulların manat pul kütləsində xüsusi çəkisi ötən ilin yekunlarına görə 68,2% təşkil edib ki, bu da 2007-ci ilin yekunları ilə müqayisədə 6,5 faiz bəndi çoxdur. Azərbaycan Milli Bankından «APA-Economics»ə verilən məlumatına görə, 2009-cu ilin yanvarın 1-nə manat pul kütləsinin həcmi 6,081 mlrd. manat təşkil etdiyi halda, nağd pulların həcmi 4,146 mlrd. manata bərabər olub.
Müasir iqtisadiyyatda inkişaf etmiş ölkələrdə nağd pulların pul kütləsində xüsusi çəkisi 5-10%, inkişafda olan ölkələrdə 30-40% təşkil edir. Yəni, Azərbaycanda nağd pulların iqtisadiyyatda, hesablaşmalarda, köçürmələrdə və bu kimi digər maliyyə-təsərrüfat proseslərində rolu həddindən artıq yüksəkdir.
Hətta bu göstəricinin iki il ərzində artması müşahidə olunur:




Nağd pulların pul kütləsində bu cür yüksək paya malik olması ölkədə nağdsız hesablaşmaların, müxtəlif ödəmə sistem və vasitələrin iqtisadiyyatda, maliyyə sahəsində və pərakəndə hesablaşmalarda az rol oynadığını əks etdirir.
Lakin bunun səbəbləri və nəticələrini müəyyənləşdirmək çətindədir. Belə ki, nağd pulların iri həcmdə olması nağdsız hesablaşmaların inkişafını saxlayır və ya əksinə, nağdsız hesablaşmalar üzrə vasitələrin inkişaf etməməsi nağd pulların dövriyyədə çoxluğunu əsaslandırır. Nağd pulların iqtisadiyyatda böyük rola malik olması bir sıra mənfi amillərə səbəb olur: maliyyə sahəsinin inkişafının ləngiməsi, vergidən yayınma və s. Etiraf etmək lazımdır ki, son illər ərzində Azərbaycanda bank-maliyyə sisteminin müasir səviyyədə qurulmasına baxmayaraq, nağd hesablaşmaların üstünlük təşkil etməsinin qarşısı alınmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR