Müqayisə üçün bildirək ki, kommersiya bankları hesabat dövründə xarici öhdəliklərini 2,1 dəfə artıraraq bu ilin əvvəlinə 2 048,5 mln. manata çatdırıb. Bu isə məcmu xarici aktivlərdən 42,4% azdır.
Ümumilikdə, bank sisteminin bu göstəriciləri son illər ərzində, xüsusən də son iki ildə kəskin artıb:
Cədvəldən göründüyü kimi, Azərbaycan banklarının xarici aktivləri ilə öhdəliklər arasındakı nisbəti məhz 2006-da ildə dəyişib və bundan sonra öhdəliklər aktivlərin həcmini üstələməyə başlayıb. Sonrakı iki ildə bu tendensiya daha da kəskinləşib. Belə ki, 2006-cı ildə xarici aktivlərin həcmi 37,2 mln. manat, xarici öhdəliklər isə 249,9 mln. manat artıb. Növbəti iki ildə isə xarici aktiv və öhdəliklərin artımı müvafiq olaraq 199,5 mln. və 563,5 mln. manat, 676 mln. və 1 076,9 mln. manat olub.
Aydındır ki, banklarda xarici aktivlərin iri həcmdə olmaması normal qiymətləndirilə bilər, hətta daxili aktivlərin artım tempi nisbətən aşağı səviyyədə olsa da, bu məbləğin yüksək olması mənfi amildir. Xatırladaq ki, ötən il bankların xalis daxili aktivlərinin artım tempi 39,8% təşkil edib.
Eyni zamanda, xaricdən maliyyə vəsaitlərinin cəlb edilməsi prosesinin bu dərəcədə dərinləşməsi narahatlıq doğurur. Xarici aktivlərin xarici öhdəliklərdən daha az olması bankların xarici əməliyyatlar üzrə likvidliyinin aşağı səviyyədə olduğunu əks etdirir ki, xarici öhdəliklərin yerinə yetirilməsi üzrə likvidliyin tarazlaşmasında daxili aktivlərin iştirakı olmalıdır.