Bank Of Baku

«Parex Bank» bu il EBRD-dən 20 mln. dollar kredit cəlb edə bilər

«Parex Bank» bu il EBRD-dən 20 mln. dollar kredit cəlb edə bilər
# 20 fevral 2009 09:52 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) tərəfindən Latviyanın «Parex Bank»ına kredit xəttinin açılmasına dair bu ilin ortalarına kimi müqavilə imzalana bilər.
«Parex Leasing» (bankın törəmə qurumu) şirkətinin Azərbaycandakı törəmə müəssisəsi olan «Parex Leasing & Factoring» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, bank beynəlxalq maliyyə qurumdan 20 mln. ABŞ dolları həcmində kredit cəlb etmək niyyətindədir. Lakin kreditin dəqiq məbləği EBRD tərəfindən müəyyənləşdiriləcək.
«Parex Leasing & Factoring» şirkətindən bildirilib ki, artıq müraciətlə bağlı müvafiq sənədlər EBRD-yə təqdim olunub. Eyni zamanda, beynəlxalq maliyyə qurumu tərəfindən göndərilən sorğular da cavablandırılıb.
Şirkətin Bakı nümayəndəliyi bildirib ki, «Parex Bank» tərəfindən cəlb olunacaq vəsaitlər Azərbaycanda «Parex Leasing & Factoring» şirkətinin həyata keçirdiyi layihələrin maliyyələşdirilməsinə sərf ediləcək.
Qeyd edək ki, «Parex Leasing & Factoring» şirkətində bütün lizinq əməliyyatları dayandırılıb, hazırda şirkət müştərilərindən borclarını toplayır.
Xatırladaq ki, «Parex Leasing & Factoring» şirkəti Azərbaycanda 2005-ci ildən fəaliyyət göstərir. Cari ilin yanvar ayının 1-nə şirkətin lizinq portfelinin həcmi 35,620 mln. manat, məcmu kapitalı 194,785 min manat, nizamnamə kapitalı isə 40,750 min manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR