Bank Of Baku

Fevralın 27-də sığortaçıların və təkrarsığortaçıların rəhbər işçi vəzifələrinə namizədlər üçün növbəti imtahan keçiriləcək

Fevralın 27-də sığortaçıların və təkrarsığortaçıların rəhbər işçi vəzifələrinə namizədlər üçün növbəti imtahan keçiriləcək
# 20 fevral 2009 11:04 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin fevral ayının 27-də sığortaçıların, təkrarsığortaçıların və hüquqi şəxs sığorta brokerlərinin rəhbər işçi vəzifələrinə namizədlər üçün növbəti test imtahanı keçiriləcək.
Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, imtahanlar «Sığorta fəaliyyəti haqqında» qanunun müvafiq maddəsinin tələbinə, həmçinin Maliyyə Nazirliyinin «Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər və müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi Qaydaları»na uyğun olaraq keçiriləcək.
Müvafiq sənədləri artıq Maliyyə Nazirliyinə təqdim edilmiş, lakin müvafiq imtahanda iştirak etməmiş və ya imtahandan keçməmiş şəxslər yuxarıda qeyd olunan tarixdə imtahanda iştirak etmək üçün fevralın 24-dək nazirliyə müraciət etməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR