Bank Of Baku

Azərbaycan QDİƏT-də növbəti sədrliyi dövründə yeni təkliflərlə çıxış edəcək

Azərbaycan QDİƏT-də növbəti sədrliyi dövründə yeni təkliflərlə çıxış edəcək
# 20 fevral 2009 11:07 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin may ayının 1-dən etibarən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında (QDİƏT) sədrlik Azərbaycana keçəcək. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev bildirib.
M.Məmmədquliyevin sözlərinə görə, 2003-2004-cü illərdə QDİƏT-də sədrlik edən Azərbaycan istədiyi nəticələri əldə edə bilməyib: «Hazırda bizim bir neçə təklifimiz var ki, bunları həyata keçirmək niyyətindəyik».
Nazir müavini qeyd edib ki, təkliflər iqtisadiyyatın bir sıra sahəsini əhatə edir, o cümlədən IT sahəsində Azərbaycan əlaqələndirici ölkə kimi öz töhəfələrini verəcək.
Qeyd edək ki, 1992-ci ildə yaradılmış QDİƏT-ə hazırda 12 ölkə (Azərbaycan, Türkiyə, Ukrayna, Albaniya, Bolqarıstan, Gürcüstan, Yunanıstan, Moldova, Rumıniya, Rusiya, Monteneqro və Ermənistan) daxildir.
Avstriya, Belarus, Almaniya, Misir, İsrail, İtaliya, Polşa, Slovakiya, ABŞ, Tunis, Fransa, Xorvatiya və Çexiya kimi ölkələr isə QDİƏT-də müşahidəçi statusuna malikdir.
Təşkilatın əsas məqsədi Qara Dəniz hövzəsi ölkələri arasında ticari-iqtisadi əlaqələrin inkişafı üçün çoxtərəfli əməkdaşlığın təşkilidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR