Bank Of Baku

IFC mikrolizinq alətlərinin tətbiqində Azərbaycana yardım göstərəcək

IFC mikrolizinq alətlərinin tətbiqində Azərbaycana yardım göstərəcək
# 20 fevral 2009 11:13 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Dünya Bankı qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Azərbaycanda fəaliyyət göstərən lizinq şirkətləri və mikromaliyyə təşkilatlarına mikrolizinq xidmətlərinin göstərilməsində köməklik etmək üçün mikrolizinq alətlərini təşviq edir.
IFC-nin Bakı ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu iş mikromaliyyə xidmətlərinin genişlənməsinə əlavə imkanlar yaratmaqla kiçik sahibkarların ilkin kapitalı artırmaq və ya nisbətən az xərclərlə biznesi genişləndirmək imkanlarını genişləndirmək, kiçik sahibkarlığın inkişafına və inkişaf edən ölkələrdə iqtisadi böhranın aradan qaldırılması tədbirlərinə dəstək olmaq məqsədlərinə xidmət edir.
Bu təşəbbüsü həyata keçirmək üçün IFC Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMA) ilə birgə Azərbaycan və Mərkəzi Asiya ölkələrinin mikromaliyyə təşkilatları üçün «Mikromaliyyə əməliyyatlarının əsasları və xüsusiyyətləri» adlı iki günlük təlim kursları keçirib. Bu regional təşəbbüsün məqsədi yerli kredit mütəxəssislərinə mikromaliyyə əməliyyatları ilə bağlı praktiki bacarıqların əldə olunmasında kömək etmək və müvafiq hüquqi və vergi məsələləri üzrə təlimlər keçirməkdir.
«Mikrolizinq kimi yeni innovasiya məhsulunun təqdim edilməsi maliyyə institutlarının mövcud portfelini diversifikasiya etdiyi və bundan əlavə, hazırkı iqtisadi böhran şəraitində kiçik sahibkarlara mühüm dərəcədə kömək etdiyi üçün əhəmiyyətlidir», - deyə AMA-nın icraçı direktoru Jalə Hacıyeva bildirib.
IFC-nin Azərbaycanda və Mərkəzi Asiyada Lizinq Xidmətləri Layihəsinin meneceri xanım Anastasiya Marinanın sözlərinə görə isə, inkişaf edən ölkələrdə mikrolizinq sahəsi lizinq sektorunun mühüm hissəsini təşkil edir: «Ümid edirik ki, bizim işimiz bir sıra ölkədə mikromaliyyə təşkilatlarına mikrolizinq əməliyyatlarını həyata keçirməyə kömək edəcək və bununla da mikro və kiçik biznesin inkişafına mühüm dəstək göstərəcək».
Qeyd edək ki, IFC-nin səyləri nəticəsində Azərbaycan, Qırğızıstan, Tacikistan və Özbəkistanda 90-dan artıq mütəxəssis təlim keçib. Bu təşəbbüs IFC-nin Azərbaycan və Orta Asiyada Lizinq Xidmətləri Layihəsinin bir hissəsi olaraq İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) tərəfindən maliyyələşdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR