Bank Of Baku

Ziyad Səmədzadə: «Dünyada baş verən proseslərin dövlət büdcəsinin parametrlərinə müəyyən təsirləri olacaq»

Ziyad Səmədzadə: «Dünyada baş verən proseslərin dövlət büdcəsinin parametrlərinə müəyyən təsirləri olacaq»
# 20 fevral 2009 11:23 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycanın «2009-cu ilin dövlət büdcəsinə əlavə və dəyişikliklər haqqında» qanun layihəsi mayın 15-dək Milli Məclisə daxil olmalıdır. Dünya maliyyə bazarlarında müşahidə olunan proseslərin dövlət büdcəsinin parametrlərinə müəyyən təsirləri olacaq. Lakin Azərbaycanın infrastrukturunun inkişafı etdirilməsi, sosial proqramların icrasına yönələn bütün iri layihələr lazımı səviyyədə həyata keçiriləcək». APA-nın məlumatına görə, bunu Milli Məclisin iqtisadi siyasət məsələləri daimi komissiyasının sədri Ziyad Səmədzadə bildirib.
Komissiya sədri qeyd edib ki, dövlət büdcəsinə əlavə və dəyişikliklər edilən zaman neftin baza qiyməti hazırkı 70 dollar/barel səviyyəsindən aşağı salınarsa, bu, heç bir problem yaratmayacaq: «Ancaq elə layihələr var ki, onları bu il yox, gələn il də həyata keçirmək mümkündür».
Z.Səmədzadənin sözlərinə görə, maliyyə böhranı hökm sürüdüyü bir vaxtda banklar üzünü real sektora tərəf tutmalıdır: «Maliyyə böhranının başlamasının əsas səbəblərindən biri real sektorla maliyyə sektoru arasında tarazlığın olmaması olub. Bu gün bütün ölkələr başa düşür ki, real sektoru inkişaf etdirmədən, maliyyə böhranını aradan qaldırmaq mümkün deyil».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR