Bank Of Baku

«AGLeasing» son bir ildə lizinq portfelini 4 dəfə artırıb

«AGLeasing» son bir ildə lizinq portfelini 4 dəfə artırıb
# 20 fevral 2009 11:39 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «AGLeasing» şirkətinin lizinq portfelinin həcmi 2009-cu ilin fevral ayının 1-nə 12,406 mln. manat təşkil edib ki, bu da 2008-ci ilin müvafiq dövrünün analoji göstəricisi ilə müqayisədə 3,8 dəfə çoxdur.
Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə şirkətin lizinqə verdiyi avadanlıqların dəyəri 2,5 dəfə artaraq 16,072 mln. manata, lizinq müqavilələrinin sayı isə 2,5 dəfə artaraq 131-ə çatıb.
Lizinq portfelinin strukturuna əsas yeri ictimai nəqliyyat və istehsalat sahələri tutur.
Xatırladaq ki, «AGLeasing» şirkəti 2005-ci ildən fəaliyyət göstərir. Şirkətin təsisçiləri rolunda «AGBank» (35%), ABŞ-ın «Delta Trans Group LLC» (25%), Böyük Britaniyanın «Hyperion İnvestments» (30%) və «MilioLeasing» (10%) şirkətləri çıxış edir.
Cari ilin fevral ayının 1-nə şirkətin nizamnamə kapitalı 1 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR