Bank Of Baku

İlin ilk yarısında Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü ilə bağlı işçi qrupun iclası gözlənilir

İlin ilk yarısında Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü ilə bağlı işçi qrupun iclası gözlənilir
# 20 fevral 2009 11:43 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (WTO) üzvlüyü ilə bağlı işçi qrupun iclası bu ilin ilk yarısında keçirilə bilər. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib. O, hər şeyin WTO üzvlərinin Azərbaycanın qarşısında qoyduqları suallara nə vaxt cavab verilməsindən asılı olacağını söyləyib: “Bu suallara cavab verdikdən sonra iclasın vaxtı barədə razılığa gəlmək olar. Martın sonuna qədər suallara cavab verə bilsək, hesab edirəm ki, ilin birinci yarısında işçi qrupun növbəti iclası keçirilə bilər”. Nazir müavini daxil olan sualların artıq tərcümə edildiyini və yaxın vaxtlarda müvafiq cavabların hazırlanacağını bildirib: “Onlar bizim qarşımızda tələb qoyurlar ki, xarici ticarət əməliyyatlarında alınan rüsumu daha da liberallaşdıraq. Amma hesab edirəm ki, artıq Azərbaycanda xarici ticarət rejimi liberaldır”.

M. Məmmədquliyev Azərbaycanın WTO-ya üzvlüyünə dair 6 təşkilat üzvü ilə danışıqları başa çatdırdıqlarını, 3 dövlətlə (Türkiyə, Oman, BƏƏ) ikitərəfli protokol imzalandığını, Gürcüstan və Qırğızıstanla da protokol hazırlandığını və imzalanacağını açıqlayıb: “Moldova ilə də protokol mətni üzərində işləyirik. Hər şey güman etdiyimiz kimi getsə, bir neçə ölkə, o cümlədən təşkilatın əsas üzvləri ilə danışıqları başa çatdırmaq imkanları var”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR