Bank Of Baku

Xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev: «Azərbaycan ÜTT ilə danışıqlarda öz mövqeyini qoruyacaq»

Xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev: «Azərbaycan ÜTT ilə danışıqlarda öz mövqeyini qoruyacaq»
# 20 fevral 2009 11:59 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olma prosesi çərçivəsində aparılan danışıqlarda öz mövqeyini qoruyacaq. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev bildirib.
Nazir müavininin sözlərinə görə, ÜTT kənd təsərrüfatı sahəsində sübsidiyalaşmanın 10%-dən az olmasını təklif edir ki, Azərbaycan tərəfi bununla tam razılaşmır: «Bundan başqa bildirilir ki, Azərbaycanın 1 500 mal mövqeyi üzrə tətbiq etdiyi «bound» tarifləri yüksəkdir və biz bunları endirməliyik».
M.Məmmədquliyev həmçinin qeyd edib ki, ÜTT xarici maliyyə təşkilatlarının Azərbaycanda birbaşa filiallarının açılmasını tələb edir, bu isə hazırkı şəraitdə Azərbaycan üçün qəbul edilən deyil: «Biz həmçinin İKT, nəqliyyat, enerji və digər sahələr üzrə də danışıqlar aparırıq».
Nazir müavini onu da qeyd edib ki, Hindistan və Şri-Lanka kimi ölkələr Azərbaycanla çayçılıq sahəsində əlaqələrin açılmasını təklif edir, daxili istehsalı qorumaq istəyən Azərbaycan isə bu təkliflə razılaşa bilməz. Belə ki, hazırda ölkənin çay istehsalı azalıb: «Əgər Azərbaycan SSRİ dövründə 40 min ton çay istehsal edirdisə, hazırda bu rəqəm dəfələrlə aşağı düşüb. Biz Azərbaycanın çay istehsalı sahəsini inkişaf etdirmək niyyətindəyik və məhz buna görə bu təklifləri qəbul etmirik».
Qeyd edək ki, 1997-ci ildə ÜTT-də müşahidəçi statusu alan Azərbaycan hazırda Təşkilata üzv olma prosesi çərçivəsində 6 ölkə ilə danışıqlar aparır. Hazırda 153 ölkə ÜTT-nin üzvüdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR