Bank Of Baku

«UniBank» hədiyyə kampaniyasının müddətini uzadıb

«UniBank» hədiyyə kampaniyasının müddətini uzadıb
# 20 fevral 2009 12:56 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «UniBank» Səhmdar Kommersiya Bankı (SKB) «Hər kəsə hədiyyə» adlı aksiyanın müddətini 3 ay uzadıb. Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, aksiya bu ilin may ayının 15-dək davam edəcək.
Aksiyanın keçirildiyi müddət ərzində 360-dan artıq «Müddətli» depozit əmanətçisinə ümumi məbləği 56,4 min manat dəyərində hədiyyələr təqdim edilib. Bu aksiya çərçivəsində bank 14 mln. manat həcmində yeni depozitlər cəlb edib.
Xatırladaq ki, «UniBank» yeni «Hər kəsə hədiyyə» aksiyasını 2008-ci ilin dekabr ayının 1-dən 2009-cu ilin fevral ayının 15-dək keçirib. Bu aksiya çərçivəsində bankın «Müddətli» depozit növünə pul qoymuş bütün müştəriləri Bankdan 10-1000 manat məbləğdə hədiyyələr ala bilər. Bank hədiyyəni depozitin rəsmiləşdirilməsindən dərhal sonra təqdim edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR