Bank Of Baku

«Bank Standard» daha iki beynəlxalq pulköçürmə sisteminə qoşulub

«Bank Standard» daha iki beynəlxalq pulköçürmə sisteminə qoşulub
# 21 fevral 2009 09:13 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank Standard» Səhmdar Kommersiya Bankının (SKB) sürətli pulköçürmə sistemləri sırasına daha iki sistem əlavə edilib. Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, «XpressMoney» və «PrivatMoney» adlı bu sistemlər geniş əhatə coğrafiyasına malikdir. Belə ki, «XpressMoney» sistemi dünyanın 87 ölkəsini, o cümlədən MDB ölkələri, ABŞ, Kanada, habelə bir sıra Avropa, Yaxın Şərq və Afrika ölkələrini əhatə edir.

«PrivatMoney» sistemi vasitəsi ilə MDB ölkələri, həmçinin Latviya, Kipr və Portuqaliya kimi dövlətlərə pulköçürmə əməliyyatları aparmaq mümkündür.

Qeyd edək ki, «XpressMoney» vasitəsi ilə yalnız ABŞ dolları, «PrivatMoney» sistemi ilə isə ABŞ dolları, avro və rubl üzrə pulköçürmə əməliyyatları həyata keçirilə bilər.

Xatırladaq ki, hazırda bank «Western Union», «Bıstraya Poçta», «Contact» və «Migom» sürətli beynəlxalq pulköçürmə sistemlərinin xidmətlərindən istifadə edir.
«AB Standard» Şirkətlər Qrupuna daxil olan «Bank Standard» SKB 1995-ci ildən fəaliyyət göstərir. Cari ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 619,085 mln. manat, kredit portfeli 394,421 mln. manat, depozit portfeli 191,812 mln. manat, məcmu kapital 77,356 mln. manat, o cümlədən nizamnamə kapitalı 64,6 mln. manat təşkil edib. Bankın respublika üzrə 16 filialı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR