Bank Of Baku

Yaxın üç ildə Böyük Britaniyanın xarici və daxili dövlət borcu 2 450 mlrd. ABŞ dollara çata bilər

Yaxın üç ildə Böyük Britaniyanın xarici və daxili dövlət borcu 2 450 mlrd. ABŞ dollara çata bilər
# 21 fevral 2009 11:35 (UTC +04:00)
Bakı. Vüqar İsrafilov - APA-Economics. Yaxın üç ildə Böyük Britaniyanın xarici və daxili dövlət borcu 2 450 mlrd. ABŞ dollarına çata, Ümumi Daxili Məhsulunun (ÜDM) həcmi isə 80% təşkil edə bilər. Bu barədə bu gün məşhur işgüzar “Financial Times” qəzeti xəbər verir.

İngiltərə iqtisadiyyatında resessiyanın dərinləşməsi və maliyyə bazarlarında səslənən son ehtimallar onu göstərir ki, Britaniya hökumətinin borcları gözlənilən səviyyədən ən azı iki dəfə çox olacaq. Buna əsas səbəb kimi, vergi ödəmələrin kəskin sürətdə azalması, eləcə də maliyyə institutlara hökumət yardımın genişləndirilməsi göstərilir. Britaniya Maliyyə Nazirliyinin hal-hazırda artmaqda olan borcları barədə hazırladığı proqnozlar ÜDM-in səviyyəsinin 40%-57% civarında qalmasını nəzərdə tutur. Buna baxmayaraq, qəzetin dərc etdiyi məlumata görə, Beynəlxalq Valyuta Fondunun hələ ki, açıqlanmamış hesabatlarında Böyük Britaniyada vergi ödəmələrinin 70% azalması vurğulanır. Nəticədə hökumətin gəlirləri 4-5 mlrd. dollara yox, 14-15 mlrd dollara qədər azala, Britaniya iqtisadiyyatında böhran əlamətləri bu ölkənin korporativ sektoru üçün əsl fəlakətə çevrilə bilər.

Xatırladaq ki, Böyük Britaniya xarici ölkələr və beynəlxalq təşkilatlar arasında 2008-ci ildə Azərbaycana investisiya qoyuluşu üzrə ən böyük paya malik olan dövlətdir. Dövlət Statistika Komitəsinin “APA-Economics”ə təqdim etdiyi məlumata görə, Britaniya rezidentlərinin Azərbaycanda əsas kapitala yönəldilmiş xarici investisiyalarının həcmi 1,27 mlrd. ABŞ dollar təşkil edib. Britaniya investorlarının xarici sərmayələrin ümumi həcmindəki xüsusi çəkisi 46% yaxındır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR