Bank Of Baku

Azərbaycan iqtisadiyyatına yatırılan xarici sərmayələrin həcmin son bir ildə 3% artıb

Azərbaycan iqtisadiyyatına yatırılan xarici sərmayələrin həcmin son bir ildə 3% artıb
# 23 fevral 2009 07:06 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində Azərbaycan iqtisadiyyatına 6 847,4 mln. ABŞ dolları həcmində xarici investisiya yönəldilib. Bu isə 2007-ci ilin analoji göstəricisi ilə müqayisədə 2,6% çoxdur.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, sərmayələrin 56,1%-i (3 844,8 mln. dollar) iqtisadiyyata birbaşa investisiyalar, 34,4%-i (2 357,9 mln. dollar) isə maliyyə kreditləri şəklində daxil olub. Bu dövrdə neft-qaz sektorunda istifadə edilmiş xarici investisiyaların həcmi əvvəlki illə müqayisədə 16,3% azalıb, onun investisiya qoyuluşunun ümumi həcmində xüsusi çəkisi isə 48,9% təşkil edib.
Birgə və xarici investisiyalı müəssisələr tərəfindən iqtisadiyyatın qeyri-neft sahələrinə qoyulmuş investisiyanın həcmi 12,5% artaraq 494,1 mln. dollara çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR