Bank Of Baku

Azərbaycan Bank Tədris Mərkəzi ilə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi arasında əməkdaşlıq sazişi imzalanıb

Azərbaycan Bank Tədris Mərkəzi ilə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi arasında əməkdaşlıq sazişi imzalanıb
# 23 fevral 2009 07:07 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) ilə Azərbaycan Bank Tədris Mərkəzi arasında strateji tərəfdaşlığa dair əməkdaşlıq sazişi imzalanıb.
QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, sazişin əsas məqsədi Azərbaycanda qiymətli kağızlar bazarının inkişafının dəstəklənməsi istiqamətində birgə təlim-tədris proqramlarının, maarifləndirmə tədbirlərinin, məsləhət xidmətlərinin, tədqiqat və araşdırmaların həyata keçirilməsindən ibarətdir.
Saziş çərçivəsində tədris və maarifləndirmə istiqamətində QKDK-nin əməkdaşları və qiymətli kağızlar bazarı iştirakçılarının bilik və bacarıqlarının artırılması üzrə tədris proqramlarının, səhmdar cəmiyyətlərində korporativ idarəetmə sistemlərinin tətbiqini stimullaşdıran təşviqedici tədbirlərin, vətəndaşların və potensial investorların qiymətli kağızlar bazarı və onun alətləri barədə maarifləndirmə tədbirlərinin, həmçinin bu istiqamətdə birgə forumların, konfransların, seminarların və dəyirmi masaların təşkil edilməsi nəzərdə tutulur.
Əməkdaşlıq sazişi, eyni zamanda, qiymətli kağızlar bazarının inkişafına yönəldilmiş strateji inkişaf məsələləri üzrə birgə tədqiqatların aparılması, qiymətli kağızlar bazarının fəaliyyətini tənzimləyən normativ-hüquqi aktların təkmilləşdirilməsi, həmçinin, qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının sertifikatlaşdırılması işinin təkmilləşdirilməsi istiqamətində birgə məsləhətləşmələrin aparılması məsələlərini əhatə edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR