Bank Of Baku

İngiltərə Bankı nağd pul emissiyasına əl atmaq fikrindədir

İngiltərə Bankı nağd pul emissiyasına əl atmaq fikrindədir
# 23 fevral 2009 07:31 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. İngiltərə Bankın başçısı Merlin Kinq və Xəzinədarlığın kansleri Alister Darlinq arasında keçirilən görüşdə Britaniya iqtisadiyyatında görünməmiş bir addım - pul kütləsinin nağd pulların emissiyası vasitəsi ilə artırılması məsələsi müzakirə olunub. «APA-Economics»in «Daily Telegraph» qəzetinə istinadən verdiyi məlumata görə, iqtisadçıların fikrincə, Britaniya hökuməti yaxın həftələrdə ölkədə əhali tərəfindən xərclənən vəsaitin artırılması üçün «çap dəzgahını» işə sala bilər.
Qeyd edək ki, İngiltərə Bankının mətbuat xidməti bəyan edib ki, sözügedən görüşdə Bankın başçısı kanslerə maliyyə-büdcə siyasəti üzrə komissiyanın dövlət qiymətli kağızların mərkəzi bank tərəfindən yaradılan pulların hesabına əldə edilməsinə dair səlahiyyətlərin verilməsi barədə xahişini çatdırıb.
Analitiklərin fikrincə, İngiltərə Bankı artıq mart ayında uçot dərəcəsini endirə bilər, lakin bunun 0%-ə düşməsi ehtimalı azdır, çünki bu, bankların gəlirliyinə mənfi təsir göstərəcək. Xatırladaq ki, hazırda İngiltərə Bankının faiz dərəcəsi 1% təşkil edir. Müqayisə üçün bildirək ki, Federal Ehtiyat Sisteminin faiz dərəcəsi 0,25%, Avropa Mərkəzi Bankının 2%, Yaponiya Bankının dərəcəsi isə 0,1%-dir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR