Bank Of Baku

«Azərbaycan Elektronikası» yaxın illərdə beynəlxalq fond bazarlarına çıxmaq niyyətindədir

«Azərbaycan Elektronikası» yaxın illərdə beynəlxalq fond bazarlarına çıxmaq niyyətindədir
# 23 fevral 2009 08:04 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. «AZEL» («Azərbaycan Elektronikası») SC bu ilin sonuna kimi və ya gələn il açıq səhmdar cəmiyyətinə çevriləcək.
«AZEL»in Müşahidə Şurasının sədri İgor Yakovenkonun «APA-Economics»ə verdiyi məlumata görə, şirkətin uzunmüddətli perspektiv planlarına əsasən, şirkətin səhmlərinin birjaya çıxarılması nəzərdə tutulur.
Yaxın beş il ərzində şirkətin səhmlərinin ölkə daxilində və xarici fond birjalarında tədavül olunacağı gözlənilir. «Hazırda şirkətimiz yüksək kredit reytinqinə malikdir və «Dan & Bradstreet» reytinq agentliyi tərəfindən qiymətləndirilir», - deyə İ.Yakovenko bildirib.
Qeyd edək ki, «AZEL» şirkəti Azərbaycanın informasiya texnologiyaları bazarında 1991-ci ildən fəaliyyət göstərir. Şirkət sistem inteqratoru və avadanlıq təchizatçısı kimi fəaliyyət göstərir və dünyanın bir sıra aparıcı İKT şirkətinin tərəfdaşıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR