Bank Of Baku

«Günay Bank» KÖMİS sisteminə qoşulub

«Günay Bank» KÖMİS sisteminə qoşulub
# 23 fevral 2009 08:07 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Günay Bank» Səhmdar Kommersiya Bankı (SKB) Kütləvi Ödənişlərin Mərkəzləşdirilmiş İnformasiya Sisteminə (KÖMİS) qoşulub. Bu barədə «APA-Economics»ə bankın İdarə Heyətinin sədr müavini Vüqar Mirheydərov məlumat verib.
V.Mirheydərovun sözlərinə görə, artıq bankın müştəriləri bu sistem vasitəsi ilə kommunal ödənişləri həyata keçirə bilər.
Qeyd edək ki, bank bu sistemlə yanaşı «Western Union», SWIFT, «Migom» və AZİPS sistemlərinin assosiativ üzvüdür.
Xatırladaq ki, təsisçisi 10 yerli fiziki şəxs olan «Günay Bank» ASC 1992-ci ildən fəaliyyət göstərir. Cari ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 27,162 mln. manat, kredit portfeli 30,650 mln. manat, depozit portfeli 9,154 mln. manat, məcmu kapitalı 10,716 mln. manat, o cümlədən nizamnamə kapitalı 10,892 mln. manat təşkil edib.
Hazırda bankın respublika üzrə 1 filialı, 1 mübadilə məntəqəsi, 1 bankomatı və 1 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR