Bank Of Baku

«AccessBank»ın kredit portfeli 200 mln. dollar həddini keçib

«AccessBank»ın kredit portfeli 200 mln. dollar həddini keçib
# 23 fevral 2009 08:14 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu günlərdə «AccessBank» Səhmdar Kommersiya Bankının (SKB) kredit portfeli 200 mln. ABŞ dollar həddini, müştərilərin sayı isə 50 mini keçib.
Bankın Bakıdakı baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hazırda mikrokredit portfeli 100 mln. dolları ötüb. Təkcə bu ayın ilk üç həftəsi ərzində bank tərəfindən 13 mln. dollar həcmində 4 500-dən artıq mikro-biznes krediti ayrılıb.
Qeyd edək ki, «AccessBank» müştərilərə kreditləri tələbatdan asılı olaraq 100-1 mln. dollar (manat, avro) məbləğində ayırır.
Xatırladaq ki, «AccsesBank» SKB 2002-ci ilin oktyabr ayında Azərbaycan Mikromaliyyələşdirmə Bankı kimi fəaliyyətə başlayıb. Ötən ilin sentyabr ayının 8-də bankın brendi dəyişdirilib. Bankın təsisçiləri rolunda Avropa Yenidənqurma və İnkişaf Bankı (20%), Beynəlxalq Maliyyə Korporasiyası (20%), Qara Dəniz Ticarət və İnkişaf Bankı (20%), Almaniyanın KfW Bankı (20%), «AccessHolding» (16,53%) və «LFS Financial Systems GmbH.» şirkəti (3,47%) çıxış edir.
Cari ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 198,863 mln. manat, kredit portfeli 165,941 mln. manat, depozit portfeli 17,279 mln. manat, məcmu kapitalı 42,863 mln. manat, o cümlədən nizamnamə kapitalı 20 mln. manat təşkil edib.
Bankın respublika üzrə 19 filialı, 19 bankomatı və 40 POS-terminalı fəaliyyət göstərir. Cari ilin yanvar ayının 1-nə bankın işçilərinin sayı 864 nəfər təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR