Bank Of Baku

Azərbaycanın ABŞ dolları üzrə birja valyuta dövriyyəsi ötən həftə 51% artıb

Azərbaycanın ABŞ dolları üzrə birja valyuta dövriyyəsi ötən həftə 51% artıb
# 23 fevral 2009 08:23 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın ABŞ dolları üzrə birja valyuta bazarının dövriyyəsi ötən həftə (fevralın 16-20-da) 198,37 mln. dollar təşkil edib ki, bu da əvvəlki həftənin analoji göstəricisindən 51% çoxdur. «APA-Economics»in məlumatına görə, dövriyyənin gündəlik göstəriciləri aşağıdakı kimi olub:




Ötən həftə ərzində dolların birja məzənnəsi (Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində aparılan ticarət əməliyyatlarının nəticəsi üzrə orta göstərici) dəyişməyib və 0,8062 manat təşkil edib.
Qeyd edək ki, hesabat dövründə rəsmi məzənnə də dəyişməyib, hətta birja məzənnəsi rəsmi məzənnəyə tam uyğun olub, nağd alış və satış məzənnələri isə (banklar üzrə orta göstərici) 0,06% düşüb:




Ötən həftə valyuta birjasında dövriyyənin artması müsbət amil kimi qiymətləndirilir və bazarda fəallığın olduğunu sübut edir. Lakin adi şəraitdə bu fakt adi prosesdən kənara çıxmır. Amma artıq iki həftə ərzində birja və rəsmi məzənnələrin bir-birinə tam uyğun olması, üstəgəl ötən həftə ərzində bu məzənnələrin dəyişməməsini nəzərə alsaq, bu məqam diqqəti cəlb edir. Çünki həmin üç amil eyni zamanda çox nadir hallarda müşahidə olunur. Qeyd edək ki, adətən, iri dövriyyələr dəyişməz məzənnə ilə birlikdə mərkəzləşmiş konvertasiya əməliyyatlarının «atributlarıdır».
Avro manata qarşı ötən həftə 1,4% ucuzlaşıb:


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR