Bank Of Baku

Azərbaycanın pul bazarında milli valyutadakı kreditlər üzrə orta faiz dərəcələri yüksəlməyə başlayıb

Azərbaycanın pul bazarında milli valyutadakı kreditlər üzrə orta faiz dərəcələri yüksəlməyə başlayıb
# 23 fevral 2009 09:18 (UTC +04:00)
Bakı. Vüqar İsrafilov – APA-Economics. Azərbaycanın banklararası pul bazarında ötən həftə ərzində (fevralın 16-20-da) milli valyutadakı kredit vəsaitləri üzrə orta faiz dərəcələri artıb.
«APA-Economics»in Bakı Banklararası Valyuta Birjasının (BBVB) məlumatları əsasında apardığı hesablamalara əsasən, hesabat dövründə banklararası manat kreditləri üzrə bankların yerləşdirmə dərəcələri orta hesabla 0,31 faiz bəndi yüksəlib. Pul bazarının əsas göstəricisi sayılan 90 günlük BakİBOR əmsalı illik 15,33%-dən 15,57%-dək artıb. Fevralın əvvəlindən isə bu göstərici 0,84 faiz bəndi düşüb.
Xatırladaq ki, Azərbaycan Milli Bankının (AMB) təkrarmaliyyələşdirmə dərəcəsi ayın əvvəlində 5%-ə çatdırılıb.

ALƏTLƏR

16.02.2009

17.02.2009

18.02.2009

19.02.2009

20.02.2009

7 gün BakIBOR (AZN)

12,29

11,93

11,38

12,21

12,38

30 gün BakIBOR (AZN)

14,42

14,71

14,33

14,25

14,64

90 gün BakIBOR (AZN)

15,57

15,58

15,33

15,25

15,57

180 gün BakIBOR (AZN)

16,58

17

16,6

16.50

16,75

360 gün BakIBOR (AZN)

19,67

19,67

20,5

20,5

19,67

ALƏTLƏR

16.02.2009

17.02.2009

18.02.2009

19.02.2009

20.02.2009

7 gün BakIBİD (AZN)

6,43%

6,64%

6,71%

7,07%

6,88%

30 gün BakIBİD (AZN)

8,83%

9,36%

8,50%

8,42

9,63%

90 gün BakIBİD (AZN)

10,50%

10,58%

9,67%

9,75%

10,44%

180 gün BakIBİD (AZN)

10,36%

10,80%

9,50%

9,40%

10,42%

360 gün BakIBİD (AZN)

12,75%

12,75%

12,00%

12,00%

12,75%



Ötən həftə ilə müqaisədə bankların mütəşəkkil pul bazarında manat vəsaitlərinin cəlbetmə dərəcələri də yüksəlib. Belə ki, müxtəlif banklararası kredit alətləri üzrə orta dəyişmə ilk dəfə olaraq 1 faiz bəndi təşkil edib. Nəticədə, 90 günlük kreditlər üzrə BakİBİD pul indikatoru illik 10,17%-dən 10,44%-dək artıb. Beləliklə, pul bazarında ən çox işlənilən kredit faiz dərəcəsi (often used) 12,75%-dən 13,01%-ə çatıb.
Xatırladaq ki, qlobal iqtisadi böhranın dərinləşməsi ilə əlaqədar son bir neçə ay ərzində Azərbaycanda makroiqtisadi və maliyyə sabitliyinin qorunması məqsədi ilə AMB-nin təkrarmaliyyələşdirmə dərəcəsi üç dəfə (15%-dən 5%-dək) azaldıb.
Qeyd edək ki, BakİBOR və BakİBİD indikatorlarının hesablanması pul bazarının aparıcı bank-operatorları (market-meykerlər) tərəfindən elan edilən kreditlərin cəlb olunması və yerləşdirilməsi tarifləri əsasında aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR