Prezident İlham Əliyev: «Azərbaycan iqtisadiyyatı son beş ildə 2,6 dəfə artıb»
Ölkə başçısı bildirib ki, Azərbaycanda elə bir sahə yoxdur ki, bu proqram o sahəni əhatə etməsin. İ.Əliyev Azərbaycanın texniki imkanlarının gücləndiyini, böyük tikinti layihələrinin daxili imkanlar hesabına aparıldığını, bu işlərin görülməsi üçün ortaya ciddi siyasi iradə qoyulduğunu, maliyyə nizam-intizamının yaradıldığını bildirib. Prezident dünyada hökm sürən maliyyə böhranının Azərbaycanda az hiss olunduğunu qeyd edərək deyib ki, bunu daha da azaltmalıyıq.
Dünyada neft və qazla zəngin ölkələrdə təbəqələşmənin sürətlə getdiyini, iş yerlərinin az olduğunu bildirən dövlət başçısı Azərbaycanda bunun tam əksinin göründüyünü deyib. O bildirib ki, Azərbaycan neft ehtiyatlarından istifadə ilə bağlı tam düzgün yol seçib. İ.Əliyev qeyd edib ki, iqtisadiyyatın real sektoruna vəsait qoyulur, ölkədə neft gəlirləri ədalətli bölünür, bu sahədə şəffaflıq təmin olunur. Prezident şəffaflığın daha da gücləndirilməsi üçün müəyyən işlərin görüldüyünü də nəzərə çatdırıb. O qeyd edib ki, son 17 ildə iqtisadiyyatda özəl sektorun payı 85%-ə çatıb. Ölkədə son beş ildə minimum əmək haqqının 8,3 dəfə, minimum pensiyanın 4 dəfə artdığını xatırladan dövlət başçısı bu müddətdə 1600 məktəb, yüzlərlə tibb ocağı, 8 müalicə-diaqnostika mərkəzinin tikildiyini, 8 müalicə-diaqnostika mərkəzinin tikilməkdə olduğunu, 10-dan çox olimpiya idman kompleksinin inşa olunduğunu, mədəniyyət ocaqlarının təmir edildiyini vurğulayıb. Beş il əvvəl Azərbaycanda bir dənə də olsun çadır şəhərciyinin qalmayacağına söz verdiklərini xatırladan İlham Əliyev deyib ki, artıq ölkədə çadır şəhərciyi yoxdur. O, həmçinin Azərbaycanda 4 aeroportun tikilərək istifadə verildiyini, bunun ölkənin strateji maraqlarına cavab verdiyini bildirib.
Prezident Azərbaycanın tanker donanmasının maksimum təmin edildiyini, bu müddətdə ölkədə taxıl istehsalının 300-400 min ton artdığını bildirib.
Bəzi ölkələrin beynəlxalq təşkilatlara kredit üçün üz tutduqlarını qeyd edən ölkə başçısı bunun müəyyən asılılıq yaratdığını, həmin ölkələrin müstəqil siyasət yürüdə bilmədiklərini deyib. İ.Əliyev son beş ildə əsas prioritetin enerji təhlükəsizliyi ilə bağlı olduğunu qeyd edib və bildirib ki, bu dövrdə Azərbaycanda 9 elektrik stansiyası tikilib ki, onların ümumi gücü 1 000 MVt-dan çoxdur. Ölkə başçısı bu il daha 2 elektrik stansiyasının istifadəyə veriləcəyini, onların gücünün 600 MVt təşkil edəcəyini, daha iki elektrik stansiyasının tikilməkdə olduğunu bildirib.
İlham Əliyev Azərbaycanda qazlaşma prosesinin böyük sürətlə həyata keçirildiyini, hazırda ölkənin 85%-nin tamamilə qazlaşdırıldığını, bu rəqəmin 92-93%-ə çatdırılmasının qarşıya məqsəd qoyulduğunu söyləyib. Ölkə başçısı 8 rayona, o cümlədən Naxçıvana qaz verildiyini də qeyd edib.
Prezident yekunda bildirib ki, regionların sosial-iqtisadi inkişafı layihəsi qarşıdakı beş ildə də davam etdiriləcək.
Daha sonra konfransda iqtisadi inkişaf naziri Şahin Mustafayev çıxış edib.
Maliyyə
"Fitch": Azərbaycan iqtisadiyyatı 2026-cı ildə 2% artacaq
“Fitch”: Azərbaycanın strateji valyuta ehtiyatları 2026-cı ildə 93 mlrd. dollara çatacaq
“Fitch” Azərbaycanın suveren kredit reytinqini “BBB-” səviyyəsində təsdiqləyib
“BakıKart”ın operatorunun vəzifəli şəxsi cərimələnib
Xəbər Lenti
Paşinyan: “Vətəndaş Müqaviləsi” partiyası seçkilərdə qalib gəlib
Əraqçi bir sıra ölkələrin rəsmiləri ilə Livandakı vəziyyəti müzakirə edib
Tramp: Netanyahuya zəng edib deyəcəyəm ki, İrana hücum etməsin - YENİLƏNİB
Sandu: Moldova Ukrayna ilə əməkdaşlıq çərçivəsində dron istehsal edəcək
Tramp İsrailin Beyruta endirdiyi zərbələrdən narazıdır
İran ölkənin qərb hissəsində hava məkanını bağlayıb
İmişli sakini Araz çayında boğulub
İordaniyada hava həyəcanı siqnalları işə düşüb
Ermənistanda seçkilərin ilkin nəticələrinə görə Paşinyanın partiyası liderdir
Tramp İrana danışıqlara qayıtmağı tövsiyə edib
SEPAH: Zərbələrin hədəfi İsrailin Ramat-David aviabazası olub
Trampa İran və İsrail arasında vəziyyətin gərginləşməsi barədə məlumat verilib
İran İsraili daha güclü zərbələrlə hədələyib
Xameneinin müşaviri: İranın hücumu İsrail üçün xəbərdarlıq idi
İsrail İran ərazisindən buraxılan raketləri zərərsizləşdirib - YENİLƏNİB
KİV: İsrail İranın raket hücumuna cavab verməyə hazırlaşır
Stubb: ABŞ-ın Qrenlandiyaya dair iddiaları ilə bağlı məsələdə həll yolu tapılıb
Aziz Yıldırım “Fənərbaxça”nın prezidenti seçilib
FT: Zelenski Putinə şəxsi görüş təklifini Abramoviç vasitəsilə çatdırıb
Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi tapılıb - FOTO
ABŞ Prezidenti: İranın dondurulmuş aktivləri sazişdən dərhal sonra qaytarılmayacaq
Florentino Perez yenidən "Real Madrid"in prezidenti seçilib
Kristian Eriksen Ukrayna ilə oyunda huşunu itirib
Tramp Livanın İranla bağlı qısamüddətli sazişə daxil edilməsini tələb etmir
Ermənistanda parlament seçkilərində seçici fəallığı 58,97 faiz olub
Tramp "NBC News"a müsahibəni yarımçıq qoyaraq məkanı tərk edib
Ağdaşda su kanalında kişi meyiti tapılıb
FHN-in komandaları beynəlxalq turnirdə yüksək nəticə göstəriblər - FOTO
Qalibaf: ABŞ və İsrailin bazaları İran üçün qanuni hədəfə çevrilir
Tramp: ABŞ və İran sazişin imzalanmasına çox yaxındır
Ermənistanda parlament seçkilərində səsvermə başa çatıb - YENİLƏNİB
Ukrayna Prezidentinin Budapeştə planlaşdırılan səfəri təxirə salınıb
Zelenski Böyük Britaniyaya səfər edib, Starmer, Makron və Merts ilə görüşəcək
Fransa Kiprdə qoşun yerləşdirəcək
Tramp: İranla razılaşma əldə olunmadan sanksiyalar ləğv edilməyəcək
İsrailin Beyruta endirdiyi zərbələr nəticəsində 2 nəfər ölüb, 11 nəfər yaralanıb
KİV: İsrail Beyruta endirilən zərbələr barədə ABŞ-ı əvvəlcədən məlumatlandırıb
Ermənistanda səsvermə zamanı 57 qanun pozuntusu siqnalı daxil olub, 14 nəfər saxlanılıb - YENİLƏNİB
Rusiyanın Zaporojye vilayətinə hücumu nəticəsində azı 3 nəfər ölüb
Şamaxıda zəlzələ olub
9-cu mikrorayonda yaşayış binasında yanğın olub - YENİLƏNİB-1
Ermənistan üçün yol ayrıcı: sülh sazişi, yoxsa revanşizm? - TƏHLİL
Abşeron yarımadasının bəzi şəhərətrafı ərazilərinə dolu düşəcək
XİN: Azov dənizində yük gəmilərinə dron hücumunda yaralananların vəziyyəti yaxşıdır, bəziləri xəstəxanadan buraxılacaq
İstanbulda Azərbaycan–Gürcüstan–Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşü keçiriləcək
Yuri Uşakov: Rusiya Kiyevlə həm açıq, həm də qapalı təmasları saxlayır
I və IV qruplar üzrə qəbul imtahanı keçirilib, 10 nəfərdə telefon aşkarlanıb
Dövlət qulluğuna qəbul imtahanları keçirilir
Pakistan ordusunun komandanından İranın ali rəhbərinə xüsusi məktub ünvanlanıb
Paşinyan: Hazırda nə Ermənistanın Aİ-yə üzvlüyü ilə bağlı müraciət var, nə də biz buna obyektiv olaraq hazırıq