Bank Of Baku

AGBI indeksi 1,0387, ANBDI indeksi isə 1,0003 təşkil edib

AGBI indeksi 1,0387, ANBDI indeksi isə 1,0003 təşkil edib
# 23 fevral 2009 10:14 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət qısamüddətli istiqrazlar (DQİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi 0,0251 bənd və ya 2,47% artaraq 2009-cu ilin fevral ayının 23-nə 1,0387 təşkil edib.
«APA-Economics»in hesablamalarına görə, Azərbaycan Milli Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ANBDI (Azerbaijan National Banks Debts Index) indeksi isə 0,0002 bənd və ya 0,02% artaraq 1,0003 təşkil edib.
AGBI indeksinin artması fevralın 20-də 6,103 mln. manat həcmində iki DQİ buraxılışının yerləşdirilməsi nəticəsində baş verib. ANBDI indeksinin artması isə gündəlik korrektə çərçivəsində baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR