Bank Of Baku

«Bank Standard» əmanətçilərinə fərdi xidmətlər göstəriləcək

«Bank Standard» əmanətçilərinə fərdi xidmətlər göstəriləcək
# 23 fevral 2009 10:40 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank Standard» Səhmdar Kommersiya Bankı (SKB) bu gündən etibarən baş ofisdə «Premier» əmanətlərinin sahiblərinə fərdi xidmətlər göstərəcək.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bunun üçün bankın əməliyyat zalında xüsusi xidmət nöqtələri ayrılıb və burada «Premyer»çi müştərilərə onların şəxsi menecerləri xidmət göstərəcək.
Eyni zamanda, pulsuz «VISA Gold» və ya «MasterCard Gold» kartı, habelə güzəştli kredit xətti açmaq imkanı ilə yanaşı şəxsi menecer xidməti bank tərəfindən «Premier» sahiblərinə təqdim olunan növbəti imtiyazdır. Yaxın gələcəkdə eyni xidmət bankın müxtəlif filiallarında da tətbiq ediləcək.
Qeyd edək ki, «Premier» depoziti bankın müddətli əmanətləri arasında 16,5%-dək müəyyən edilmiş yüksək gəlir faizinə malikdir. «Premier» əmanətçisi faiz gəlirlərini hər ay almaq və ya onları əsas məbləğə əlavə edib «faizə faiz» qazanmaq, hesabdakı vəsaiti istənilən məbləğdə artırmaq, həmçinin qazanılmış faiz gəlirini itirmədən hesabdan istənilən vaxt vəsait götürmək imkanları mövcuddur.
Xatırladaq ki, «AB Standard» Şirkətlər Qrupuna daxil olan «Bank Standard» SKB 1995-ci ildən fəaliyyət göstərir. Cari ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 619,085 mln. manat, kredit portfeli 394,421 mln. manat, depozit portfeli 191,812 mln. manat, məcmu kapital 77,356 mln. manat, o cümlədən nizamnamə kapitalı 64,6 mln. manat təşkil edib. Bankın respublika üzrə 36 filialı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR