Bank Of Baku

«Bank of Baku» yeni kredit kampaniyasına başlayıb

«Bank of Baku» yeni kredit kampaniyasına başlayıb
# 23 fevral 2009 10:56 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank of Baku» Səhmdar Kommersiya Bankı (SKB) ali məktəb tələbələrinin kompüter əldə etməsi üçün yeni «Tələbə» adlı kredit kampaniyasına başlayıb.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, şərtləri maksimal dərəcədə sadələşdirilmiş kampaniya çərçivəsində tələbələr bankın tərəfdaşı olan «DNS Computers» şirkətindən kreditə kompüter ala bilər. Bunun üçün şəxsiyyət vəsiqəsi, tələbə bileti və ya qiymət kitabçası (magistr, aspirant) tələb olunur.
Xatırladaq ki, kreditin müddəti 3-24 ay, maksimal məbləğ isə 850 ABŞ dollarıdır. Kredit üçün ilkin ödəniş və ya tələbənin valideynlərinin iş yerindən arayış tələb olunmur. Bu krediti almaq üçün zamin qismində tələbənin valideynlərindən biri və yaxud himayədarının iştirakı vacibdir.
Qeyd edək ki, «Bank of Baku» SKB 1994-cü ilin fevral ayında «Tuqay Bank» adı ilə fəaliyyətə başlayıb. Bankın təsisçiləri rolunda Türkiyənin «NAB Dış Ticarət» şirkəti və bir neçə fiziki şəxs çıxış edir. Cari ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 183,886 mln. manat, kredit portfeli 152,049 mln. manat, depozit portfeli 141,607 mln. manat, məcmu kapitalı 25,533 mln. manat, o cümlədən nizamnamə kapitalı 6,8 mln. manat təşkil edib.
Bankın respublika üzrə 15 filialı, 18 bankomatı və 240 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR