Bank Of Baku

Azərbaycanda kommersiya banklarının xalis daxili aktivləri ötən il 40% artıb

Azərbaycanda kommersiya banklarının xalis daxili aktivləri ötən il 40% artıb
# 23 fevral 2009 11:20 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının xalis daxili aktivlərinin 2009-cu ilin yanvar ayının 1-nə 5 679,7 mln. manat təşkil edib. Azərbaycan Milli Bankından «APA-Economics»ə verilən məlumata əsasən, il ərzində kommersiya banklarının xalis daxili aktivləri 1 615,9 mln. manat və ya 39,8% artıb.
Xalis daxili aktivlərin tərkibində əsas yeri daxili kreditlər tutub ki, aktivlərin bu kateqoriyasına 6 894,6 mln. manat düşür. Qeyd edək ki, xalis aktivlərin hesablanmasında tələblər və ehtiyatlar nəzərdə tutulur, nəticədə isə yekun göstərici daha kiçik ola bilər.
Ötən il xalis daxili aktivlərin artım tempi 39,8%-ə bərabər olduğu halda, daxili kreditlərin artım tempi 48,3% təşkil edib. Bu natarazlıq əsasən ötən il dövlət idarəetmə sektoruna xalis tələblərin mənfi olması nəticəsində baş verib. Yəni, kommersiya banklarının həmin sektor üzrə öhdəlikləri aktivlərini üstələyir. Qeyd edək ki, 2007-ci ilin yekunlarına görə, dövlət idarəetmə sektoruna xalis tələblərin həcmi 7,1 mln. manat, 2008-ci ilin yekununda isə mənfi 328,5 mln. manat təşkil edib.
Xatırladaq ki, cari ilin əvvəlinə kommersiya banklarının xalis xarici aktivləri mənfi 1 077 mln. manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 64,2% çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR