Bank Of Baku

Regional direktoru Tomaş Telma: «IFC Azərbaycanın maliyyə vəsaitlərinə tələbatını ödəməyə hazırdır»

Regional direktoru Tomaş Telma: «IFC Azərbaycanın maliyyə vəsaitlərinə tələbatını ödəməyə hazırdır»
# 23 fevral 2009 11:44 (UTC +04:00)
Bakı. Nicat Mustfayev – APA-Economics. Hazırda dünyada müşahidə olunan maliyyə böhranı dövründə Dünya Bankı qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Azərbaycanın maliyyə vəsaitinə olan tələbatını ödəməyə hazırdır. «APA-Economics»in məlumatına görə, bunu IFC-nin Avropa və Orta Asiya üzrə regional direktoru Tomaş Telma bildirib.
T.Telma həmçinin qeyd edib ki, növbəti bir neçə ay ərzində Azərbaycan hökuməti hansı addımlar atacağına aydınlıq gətirəcək - pul kütləsi artırılsın və ya xərclər azaldılsın: «İlin əvvəlinə olan göstəricilər işarə edir ki, Azərbaycanın sürətli artım templəri azalıb. Azərbaycan iqtisadi artım dərəcəsinin hansı səviyyədə aşağı düşməsini öyrənib çıxış yolu seçməlidir».
T.Telma həmçinin vurğulayıb ki, maliyyə böhranı dövründə bir sıra ölkənin maliyyə vəsaitinə tələbat artır: «Bu vəziyyətdə tələbatın artmasını nəzərə alaraq, IFC Azərbaycanın bu marağını ödəməyə hazırdır».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR