Bank Of Baku

Yaxın vaxtlarda Azərbaycanda regionların inkişafı ilə bağlı yeni dövlət proqramı qəbul olunacaq

Yaxın vaxtlarda Azərbaycanda regionların inkişafı ilə bağlı yeni dövlət proqramı qəbul olunacaq
# 23 fevral 2009 12:33 (UTC +04:00)
APA-nın xəbərinə görə, nazir deyib ki, Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı qəbul edildiyi 2004-cü ildən sonra dövlət başçısı tərəfindən proqramın icrası ilə bağlı 17 sərəncam imzalanıb. Ölkə başçısı proqram qəbul ediləndən sonra bölgələrə 127 səfər edib, 6 dəfə Naxçıvan Muxtar Respublikasında səfərdə olub, 500-dək müəssisənin təməl qoyma və açılışı mərasimlərinə qatılıb. Ş.Mustafayev bildirib ki, yatırılan investisiyaların 83%-i regionların payına düşür. Bu müddətdə ölkədə 1 000 kilometrlik yolun yenidən çəkildiyini və təmir edildiyini, 67 körpü tikildiyini, 34 körpünün təmir edildiyini bildirən nazir qeyd edib ki, 2 500 km-lik beynəlxalq əhəmiyyətli yol da tikilib və yenidən qurulub. Nazir bu dövrdə Azərbaycanda 27 min müəssisənin açıldığını, Sahibkarlığa Kömək Milli Fondundan 7 minə qədər layihənin maliyyələşdirilməsinin həyata keçirildiyini, bunun nəticəsində 324 mln. manat həcmində vəsait ayrıldığını deyib. Ş.Mustafayev qeyri-neft sektoruna aid məhsulların ixracının 2,2 dəfə artdığını da nəzərə çatdırıb.
Daha sonra konfransda prezident İlham Əliyev yekun çıxışı edib. Ölkə başçısı Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurla həyata keçirildiyini, tam şəkildə icra olunduğunu, proqramın artıq başa çatdığını, növbəti 5 il üçün proqram hazırlandığını deyib. Dövlət başçısı bu ilin investisiya proqramının bir neçə milyard dollar təşkil etdiyini deyib. O bildirib ki, növbəti 5 il üçün Dövlət Proqramına regionlardan gələn təkliflər də daxil olunub. Prezident infrastruktur layihələrinin icrasının demək olar ki, başa çatdığını da nəzərə çatdırıb.
İ.Əliyev növbəti 5 il üçün Dövlət Proqramının yaxın vaxtlarda qəbul olunacağını, proqramın artıq hazır olduğunu, onun icrası üçün siyasi iradə ortaya qoyulacağını bildirib. Azərbaycan iqtisadiyyatının 2,6 dəfə artdığını, bunun yalnız neftə əsaslanmadığını bildirən ölkə başçısı deyib ki, bizim əsas vəzifəmiz qeyri-neft sektorunu inkişaf etdirməkdir. İ.Əliyev deyib ki, növbəti 5 il üçün qəbul olunacaq Dövlət Proqramında əsas məsələ içməli su, suvarma, meliorasiya işlərinin tam həll edilməsinə həsr olunacaq. Artıq Oğuz-Qəbələ-Bakı su kəmərinin tikildiyini, kəmərin Dövlət Neft Fondu tərəfindən maliyyələşdiyini qeyd edən dövlət başçısı Taxta Körpü su anbarının da yenidən qurulduğunu, Samur-Abşeron kanalının yenidən çəkilməsinin həyata keçiriləcəyini bildirib. Ölkə başçısı deyib ki, insanların Kür və digər çaylardan təmiz sudan istifadəsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirilən su təmizləyici qurğular ümumilikdə 800 min insanın yaşadığı ərazini əhatə edəcək. Azərbaycanda su təhlükəsizliyinin təmin olunacağını bildirən İ.Əliyev onu da deyib ki, növbəti 5 il üçün Dövlət Proqramında ekoloji məsələlərə ciddi yer ayrılacaq.
Növbəti 5 ildə ölkədə sahibkarlığın inkişafına yenə də böyük diqqət olacağını nəzərə çatdıran prezident daha sonra deyib ki, artıq Azərbaycan müəssisələrinin istehsal etdiyi məhsulların xaricə ixracı başlayıb. İ.Əliyev onu da bildirib ki, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ayrılan kreditlər artırılacaq. Prezident sahibkarlığın inkişafına olan müdaxilələrin aradan qaldırılması istiqamətində də böyük işlər görüldüyünü, bu müdaxilələrin böyük bir hissəsinin qarşısının alındığını vurğulayıb. İ.Əliyev Azərbaycanın dünya ölkələri üçün etibarlı tərəfdaş olduğunu, ölkədə sabitliyin hökm sürdüyünü, xalqla iqtidarın birliyinin olduğunu, əməkdaşlıq üçün Azərbaycanın açıq ölkə olduğunu da nəzərə çatdırıb.
Qeyd edək ki, konfrans işini yekunlaşdırıb. «Gülüstan» Sarayında 2004-2008-ci illərdə fəaliyyətə başlayan bəzi müəssisələrdə istehsal edilən məhsulların sərgisi keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR