Bank Of Baku

«Muğan Bank» yeni baş ofisə köçür

«Muğan Bank» yeni baş ofisə köçür
# 23 fevral 2009 12:42 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Muğan Bank» Səhmdar Kommersiya Bankı (SKB) növbəti həftənin əvvəlindən yeni baş ofisinə köçəcək.
Bankdan «APA-Economics»ə verilən məlumata görə, bankın öz vəsaitləri hesabına inşa olunmuş ofis Bakı şəhərinin Əhməd Rəcəbli küçəsi,21B ünvanında yerləşir.
Qeyd edək ki, hazırda bankın baş ofisi paytaxtın 28 May küçəsi,4 ünvanında fəaliyyət göstərir.
Xatırladaq ki, «Muğan Bank» SKB 1992-ci ildə yaradılıb. Cari ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 100,747 mln. manat, kredit portfeli 66,40 mln. manat, depozit portfeli 39,986 mln. manat, məcmu kapitalı 14,871 mln. manat, o cümlədən nizamnamə kapitalı 12 mln. manat təşkil edib. Hazırda bankın respublika üzrə 25 filialı, 26 bankomatı və 62 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR