Bank Of Baku

Azərbaycanda daha bir bank Əmanətlərin Sığortalanması Fonduna üzv olub

Azərbaycanda daha bir bank Əmanətlərin Sığortalanması Fonduna üzv olub
# 23 fevral 2009 12:49 (UTC +04:00)
~Bakı. Vüqar İsrafilov – APA-Economics. Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna (ƏSF) üzv olan bankların sırasına «AF-Bank» Səhmdar Kommersiya Bankı da əlavə olunub və bununla da üzv-bankların ümumi sayı 40-a çatıb. Bu barədə «APA-Economics»ə ƏSF-dən məlumat verilib.
Fondan bildirilib ki, ölkə ərazisində tam bank lisenziyası olan kredit qurumlarının sayı 44 (ümumilikdə - 46 bank) təşkil edir. Xatırladaq ki, ötən ay yeni yaranmış kredit təşkilatlardan biri – «Azfinansbank» da ƏSF-nin üzvü olub.

ƏSF 2007-ci il avqustun 13-də fəaliyyətə başlayıb. Banklar tərəfindən quruma ödənilən birdəfəlik üzvlük haqqı 10 min manatdır, 2010-cu il yanvarın 1-dək kompensasiya məbləğinin maksimum limit həddi 6 min manatdır. Əmanətçilər əmanətlərin sığortalanması üçün heç bir ödəniş etmirlər, sığorta haqlarını isə yalnız banklar ödəməlidir.

İştirakçı bankların Fondun reyestrinə daxil olarkən ödədikləri birdəfəlik üzvlük haqları ilə bərabər daxil olan məcmu məbləğ 2008-ci ildə 11,169 mln. manata bərabər olub. Fiziki şəxslərin üzv banklarda olan cəmi əmanətləri ƏSF-nin hesablamalarına görə, 2009-cu ilin əvvəlinə 1 711 mln. manat təşkil edib, qorunan əmanətçilərin sayı isə 1 296 818 nəfərdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR