Bank Of Baku

Azərbaycanda «Maliyyə böhranı dövründə vaxtı keçmiş borclar və kredit risklərinin idarə edilməsi» mövzusunda seminar keçirir

Azərbaycanda «Maliyyə böhranı dövründə vaxtı keçmiş borclar və kredit risklərinin idarə edilməsi» mövzusunda seminar keçirir
# 23 fevral 2009 12:58 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Dünya Bankı qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Azərbaycanda fəaliyyət göstərən bank və mikromaliyyə təşkilatları üçün Bakıda «Maliyyə böhranı dövründə vaxtı keçmiş borclar və kredit risklərinin idarə edilməsi» mövzusunda seminar keçirir.
IFC-nin Bakı ofisindən «APA-Economics»ə verilən məlumata görə, iki gün davam edəcək tədbir dünya maliyyə böhranının ölkənin bank sektoruna mənfi təsiri haqqında xəbərdarlıq və onun azaldılması yolları məsələlərinə həsr olunub.
Seminarda (23-24 fevral) bankların kredit portfelinin yaxşılaşdırma mexanizmi müzakirə olunacaq. Belə ki, seminar iştirakçılarına kredit risklərinin idarə edilməsi və vaxtı keçmiş borclar barədə məlumat veriləcək.
Qeyd edək ki, IFC «Risklərin idarə edilməsi Proqramı»nın icrasına 2008-ci ildə başlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR